Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib.

Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib.
SOSİAL
17:09 12.07.2026
274
Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dirəyində naqil quraşdırarkən hündürlükdən yıxılıb və aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib.

Əbilfərz Balakişiyevin dəqiq ölüm səbəbi məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR