Xaçmaz rayonunda qətl hadisəsi törədərək qaçan şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, Xaçmaz polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də Samir İbrahimovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Ramin Məmmədov tutulub.Faktla bağlı araşdırma aparılır.