16:18 Cümə, 22 Noyabr 2019
KRİMİNAL

Xaçmazda 4 nəfər bıçaqlanıb

19:30, 26.12.20131187
Xaçmazda 4 nəfər bıçaqlanıb

Bu gün Xaçmaz rayonunda 4 nəfər müxtəlif bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Bıçaqlanan şəxslər 1993-cü il təvəllüdlü Təhməzov Əli Əkbər oğlu, 1996-cı il təvəllüdlü Təhməzov Məmməd Malik oğlu, 1996-cı il təvəllüdlü Təhməzov Mustafa Malik oğludur.

Bu gün axşam saatlarında Xaçmazda daha bir bıçaqlanma faktı qeydə alınıb. Xaçmaz şəhər sakini 1973-cü il təvəllüdlü Poladova Yeganə Arif qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hər iki faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Hadisələrin səbəbləri araşdırılır.(apa)

XƏBƏR LENTİ