Xaçmazda oğurluq edən şəxs saxlanıldı

Xaçmazda oğurluq edən şəxs saxlanıldı
KRİMİNAL
16:20 22.09.2026
139
Xaçmaz rayonunda yerləşən restoranların birində müştəriyə məxsus bank kartı oğurlanıb.
 
AZXEBER.COM xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Saleh Sultanov saxlanılıb.
 
Araşdırmalarla müəyyən olunub ki, S.Sultanov kartı əldə edəndən sonra hesabda olan 1590 manat məbləğində pul nağdlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Sultanovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR