Xaçmazda sərnişin avtobusu qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb- FOTOLAR

Xaçmazda sərnişin avtobusu qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb- FOTOLAR
Bütün Xəbərlər
11:26 08.02.2014
1024
Bu gün səhər saatlarında Gəndob – Yalama yolunun 25-ci km-də yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, hadisə yolun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz-Xudat marşrutu ilə hərəkət edən 90 NC 385 dövlət nömrə nişanlı “Hundai” markalı sərnişin avtobusu hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə 7 nəfər müxtəlif bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR