Xaləddin İskəndərov niyə istefa vermir? - “Bu, artıq mənəviyyat məsələsidir”

Xaləddin İskəndərov niyə istefa vermir? - “Bu, artıq mənəviyyat məsələsidir”
Bütün Xəbərlər
17:31 21.05.2015
4777

Bakının Binəqədi rayonu Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanması nəticəsində 15 nəfər dünyasını dəyişdi.

İlkin ehtimallara görə bina keyfiyyətsiz və tez alışan materialla - poliuretanla üzləndiyinə görə yanıb.

Həmin binada keyfiyyətsiz üzlüklərlə fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.

Bu hadisəyə görə həbs edilənlərin sayının artacağı isə istisna edilmir. Çünki ölkə Prezidenti bütün günahkarların ciddi şəkildə cəzalandırılması barədə hüquq-mühafizə orqanlarına tapşırıq verib.

Bəs baş vermiş bu faciəyə görə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovnə qədər məsuliyyət daşıyır?

Adətən belə hadisələrdən sonra xarici ölkələrdə vəzifəli şəxslərin istefa verməsi barədə az xəbər oxumuruq.

Bəs Xaləddin İsgəndərov məhz məsuliyyət amilini nəzərə alıb, istefa verməlidirmi? Sosial şəbəkələrdə Xaləddin İsgəndərovu Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən istefa verməyə dəvət edənlər, bununla bağlı çağırış səsləndirənlər az deyil.

Məsələyə münasibət bildirən Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə Modern.azsaytına deyib ki, hadisədə kimin təqsirkar olub-olmamadığını həmin yanğın hadisəsi ilə bağlı yaradılmış Dövlət Komissiyası müəyyən edəcək.

“Ona qalsa, şəhərdəki bir çox binada həmin keyfiyyətsiz üzlüklər var. Onun hamısını Xaləddin İsgəndərov etməyib ki?!”,-deyə İqbal Ağazadə qeyd edib.

Deputat vurğulayıb ki, hadisə ilə bağlı aparılan istintaq obyektiv keçirilməlidir. “İstintaqın aparılmasından sonra ictimaiyyətə veriləcək məlumatlardan sonra onun obyektiv keçirilib-keçirilmədiyi bəlli olacaq. Hazırda isə kiminsə istefası ilə bağlı heç bir şey deyə bilmərəm. Çünki əlimdə heç bir fakt yoxdur”.

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov isə Modern.az-a bildirib ki, istefa vermək mədəniyyəti mənəviyyat məsələsidir. “Belə hadisə başqa ölkələrdə olsa, məsuliyyət daşıyan məmurlar dərhal istefa verməyi mənəvi borc hesab edərlər. Hadisədə kimin nə dərəcədə təqsirkar olduğunu isə istintaq müəyyən edəcək”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
Batumidə fərdi nəqliyyat vasitələri üçün yaradılan şərait - VİDEO
16:52 08.08.2025
Batumidə fərdi nəqliyyat vasitələri üçün yaradılan şərait - VİDEO
DİNİB Şəmkirdə yekun tədbirini keçirdi
16:42 08.08.2025
DİNİB Şəmkirdə yekun tədbirini keçirdi
Ən bədxərc bürclər - Astroloq AÇIQLADI
16:31 08.08.2025
Ən bədxərc bürclər - Astroloq AÇIQLADI
Metroda doğulan uşağa bu ad veriləcək - VİDEO
16:26 08.08.2025
Metroda doğulan uşağa bu ad veriləcək - VİDEO
Daşkəsəndə qardaş bacısını baltaladı
16:16 08.08.2025
Daşkəsəndə qardaş bacısını baltaladı
Kolleclərə qəbulun nəticələri açıqlandı
16:09 08.08.2025
Kolleclərə qəbulun nəticələri açıqlandı
Azərbaycanda süni mayalanma ilə uşaq dünyaya gətirən qadınların sayı məlum oldu
16:07 08.08.2025
Azərbaycanda süni mayalanma ilə uşaq dünyaya gətirən qadınların sayı məlum oldu
Altaylardan Adriatik sahillərinə qədər uzanan Turk Birliyi xətti - ZƏNGƏZUR DƏHLİZİ
16:00 08.08.2025
Altaylardan Adriatik sahillərinə qədər uzanan Turk Birliyi xətti - ZƏNGƏZUR DƏHLİZİ
Azərbaycanlı model: Türkiyədə dönər 110 manatdır - VİDEO
15:58 08.08.2025
Azərbaycanlı model: Türkiyədə dönər 110 manatdır - VİDEO
Almaniya İsrailə silah satışını dayandırdı
15:48 08.08.2025
Almaniya İsrailə silah satışını dayandırdı
Məktəb direktorlarının Avropa səfəri müzakirə yaratdı: İttifaq və Agentlikdən fərqli açıqlamalar
15:36 08.08.2025
Məktəb direktorlarının Avropa səfəri müzakirə yaratdı: İttifaq və Agentlikdən fərqli açıqlamalar