Xalq artisti rep oxudu - VİDEO

MAQAZİN
14:27 04.02.2025
167
Xalq artisti Tünzalə Ağayeva ard-arda yeni layihələr təqdim edib.

AZXEBER.COM xəbər verir ki, çalışqan pop ulduz bu dəfə məşhur "Atəşim var, külüm yox” mahnısına yeni nəfəs verib.
 
Müğənni əfsanəvi mahnını tam fərqli janr və aranjemanda təqdim edib. 

Xalq artisti yaranan layihədən ağızdolusu danışıb:
 
"Mahnıda səslənən rep hissəsi əsərə bir yenilik qatdı. Xahişimlə dəyərli dostum, meyxanaçı, şair Fariz Zeynalov möhtəşəm bir qəzəl yazdı. Çünki çox istəyirdim ki, bu mahnı məhz xip-xop janrında səslənsin. Burada da rep tələb olunduğu üçün düşündük ki, belə maraqlı alınar. Klipdəki obrazım eşqə düşən, eşq axtaran müasir dərviş obrazıdır. Onlar çox istedadlıdırlar. Bu mahnıya müraciət etməyimdə əsas məqsəd gənc nəsillərə bizim xalq, bəstəkar mahnılarımızı, muğamlarımızı, təsniflərimizi, folklorumuzu tanıtdırmaqdan ibarətdir”.

Qeyd edək ki, klip Xalq artistinin şəxsi "Youtube” və bütün musiqi platformalarında yerləşdirilib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR