Xalq artistinin qalmaqallı çıxışına Elgizdən reaksiya: “Canımın içi” - FOTO

Xalq artistinin qalmaqallı çıxışına Elgizdən reaksiya: “Canımın içi” - FOTO
MAQAZİN
16:31 21.04.2020
4152
Milli Televiziya və Radio Şurası aprelin 21-də ARB telekanalının efirində proqramların yayımının saat 10:00-dan 16:00-dək dayandırılması haqqında qərar qəbul edib. Buna səbəb telekanalda yayımlanan "Elgizlə izlə” sosial-ictimai proqramında Xalq artisti Afaq Bəşirqızının telefonda işlətdiyi qeyri-etik və ədəbsiz ifadə olub.
 
AZXEBER.COM xəbər verir ki, sözügedən verilişdə baş verən qalmaqallı hadisədən sonra proqramın aparıcısı Elgiz Əkbər sosial media hesabında foto paylaşıb.

O, Xalq artisti Afaq Bəşirqızı ilə şəklini yayaraq, "Canımın içi” şərhini yazıb.

Qeyd edək ki, A.Bəşirqızı canlı efirdə E.Əkbərin telefonuna zəng edərək, nalayiq ifadə səsləndirib. Bu zaman onun söylədiyi söyüş efirdə səslənib. Sosial şəbəkələrdə yayılan həmin kadrlar izləyicilər tərəfindən qəzəblə qarşılanıb. Onlar A.Bəşirqızının dediyi xoşagəlməz sözlərin incəsənət adamına yaraşmadığını və yolverilməz olduğunu bildiriblər.
 

 


OXŞAR XƏBƏRLƏR