Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov dəfn edilib.
AZXEBER.COM xəbər verir ki, T.Salahov Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Mərasimdə Mədəniyyət naziri Anar Kərimov, ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak edib.