Xalq şairi Nəriman Həsənzadə vəfat etdi

Xalq şairi Nəriman Həsənzadə vəfat etdi
MƏDƏNİYYƏT
08:58 01.08.2026
1166
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Nəriman Həsənzadə iyunun 26-da səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. 1949-1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitib və orada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxuyub.

Nəriman Həsənzadə 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" (1941-1945) mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib.

O, müxtəlif illərdə "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında və Televiziya və Radio Verilişləri Komitəsində bir sıra vəzifələrdə çalışıb. 1976-1990-cı illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru olub. Eyni zamanda bir neçə il SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinə rəhbərlik edib. 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub, 1991-2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində işləyib. 2004-cü ildən Ədəbiyyat Fondu İdarə heyətinin sədri kimi fəaliyyət göstərib.
Xalq şairi uzun müddət Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik edib.

Gənc yaşlarından ədəbi yaradıcılığa başlayan Nəriman Həsənzadənin 1960-1970-ci illərdə nəşr olunan "Könlüm şeir istəyir", "Unudulmaz günlər", "Yadına düşəcəyəm", "Nəriman", "Niyə demədiniz", "Zümrüd quşu", "Nabat xalanın çörəyi", "Mənim gecəm-gündüzüm", "Sən bağışladın" və s. kitabları ədəbi-ictimai mühitdə ona böyük şöhrət qazandırıb.

Sosial-siyasi, tarixi və milli ictimai təfəkkürü narahat edən problemlər müəllifin yaradıcılığında xüsusi yer tutur. "Bir az möhlət istəyirəm ömürdən", "Fikir eləmə", "Kimin sualı var?", "Seçilmiş əsərləri", "Mənim nikahımı pozdu təbiət", "Bütün millətlərə", "Taleyin töhfəsi", "Nuru paşa", "Gəlimli-gedimli dünya" və s. kitablarında yer alan, ideya-bədii məziyyətləri ilə seçilən, vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan şeir, poema və mənzum dramları ədəbiyyat salnaməmizi zənginləşdirib. Ədibin əsərləri ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat, rus və s. dillərə tərcümə olunub.

Nəriman Həsənzadənin əsərləri əsasında hazırlanan "Bütün Şərq bilsin", "Atabəylər", "Pompeyin Qafqaza yürüşü", "Nabat xalanın çörəyi" və digər tamaşalar sənətsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Şairin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında mühüm xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, "Əməkdar incəsənət xadimi" (1981), "Xalq şairi" (2005) fəxri adlarına, "Şöhrət" (2001), "Şərəf" (2011), "İstiqlal" (2021), "Heydər Əliyev" (2026) ordenlərinə və Heydər Əliyev Mükafatına (2017) layiq görülüb. Söz sənətkarı 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bağça müəllimləri imtahan verəcək
10:58 13.11.2026
Bağça müəllimləri imtahan verəcək
Meyiti tapılan Mirzəcan baba ilə bağlı - Yeni detallar
10:56 13.11.2026
Meyiti tapılan Mirzəcan baba ilə bağlı - Yeni detallar
Bakıda qadın sürücü həmcinsini vurub öldürdü
10:45 13.11.2026
Bakıda qadın sürücü həmcinsini vurub öldürdü
“Kontakt”da ilin ən böyük endirimləri başladı
10:40 13.11.2026
“Kontakt”da ilin ən böyük endirimləri başladı
Nazirlikdən pambıqçı fermerlərin şikayətləri ilə bağlı açıqlama: Subsidiyalar tam ödənilib
10:37 13.11.2026
Nazirlikdən pambıqçı fermerlərin şikayətləri ilə bağlı açıqlama: Subsidiyalar tam ödənilib
Qubada ağır qəzada ölən gənc 4-cü kurs tələbəsi imiş
10:33 13.11.2026
Qubada ağır qəzada ölən gənc 4-cü kurs tələbəsi imiş
Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
10:23 13.11.2026
Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Özünüməşğulluq proqramı ilə verilən əmlakın geri alınması üçün əvvəlcə inzibati akt qəbul edilməlidir
10:21 13.11.2026
Özünüməşğulluq proqramı ilə verilən əmlakın geri alınması üçün əvvəlcə inzibati akt qəbul edilməlidir
Bakıda bəzi ərazilərdə qaz olmayacaq
09:52 13.11.2026
Bakıda bəzi ərazilərdə qaz olmayacaq
IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək
09:49 13.11.2026
IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək
Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
09:45 13.11.2026
Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı
09:33 13.11.2026
Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı
Səfir: Britaniya-Azərbaycan münasibətləri strateji tərəfdaşlığın elanı ilə daha da möhkəmlənib
09:22 13.11.2026
Səfir: Britaniya-Azərbaycan münasibətləri strateji tərəfdaşlığın elanı ilə daha da möhkəmlənib
MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır
09:10 13.11.2026
MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
09:02 13.11.2026
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır
08:55 13.11.2026
İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır