Xalqdan küsənlərin erməni sevgisi...

Xalqdan küsənlərin erməni sevgisi...
Bütün Xəbərlər
17:35 10.10.2013
2889

Hacıbəy Heydərli

Dünən Azərbaycan xalqı növbəti prezidentini seçdi.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, İlham Əliyev 84,59 faizlə (3 118 287 səs) yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.Xalqımız ölkəmizdə son 10 ildə aparılan işlərə layiqli cavabını verdi və növbəti 5 il üçün də “İlhamla irəli” dedi.Səsvermə bitəndən sonra iqtidarı dəstəkləyən minlərlə gənc küçələrə axışdı və qələbəni bayram etdi. Bir sözlə, 9 oktyabr günü Azərbaycan xalqı iradəsini ortaya qoydu və pafoslu sözlərə deyil, real işlərə üstünlük verdi.Bir sözlə desək, dünənə kimi bir çoxlarına mürəkkəb kimi görünən bütün proseslər qaydasına düşdü, həqiqətlər öz yerini aldı. Amma cavab verilməli, haqq istənilməli bir sıra sual və məsələlər var ki, hesab edirəm ki, seçki sonrası dövr bu olaylara aydınlıq gətirmək üçün ən uyğun zamandır.Başlayaq seçki prosesinin ilk günlərində cəmiyyətə təqdim edilən və adına Ziyalılar Forumu deyilən qurumdan.Bir sözlə ifa etsək, Azərbaycan ziyalısını təhqir etmək, onu aşağılamaq üçün bəlkə də “Ziyalılar Forumu”ndan “gözəl ideya” ola bilməzdi.Azərbaycanda keçirilən prezident seçkiləri başa çatsa da, gündəm mövzu olaraq öz aktuallığını qoruyur. Azərbaycan seçicilərinin iradəsinə söykənən seçki prosesinə yerli və beynəlxalq müşahidəçilər “5” qiymətini versələr də, ənənəvi müxalifət düşərgəsi zorla bu seçkiyə “2” qiymətini sırımağa çalışır.Əslində təəccüblü bir şey yoxdur. Azərbaycan müxalifəti anlayır ki, bu, onların son şansı idi və baş verə biləcək “təbii siyasi intihar”ın qarşısını almaq üçün çabalayırlar. Amma bu çaba nə ilə nəticələnəcək, müxalifət ümumiyyətlə gündəmdə və siyasi səhnədə qalmağı bacaracaqmı sualına cavab indiki məqamda elə də çətin deyil. Elə özlərini müxalifət lideri adlandıran şəxslərin son iki gündə səsləndirdikləri bəyanatlara nəzər salsaq bu aydın görünər.Cəmil Həsənli də Rüstəm İbrahimbəyovun yolu ilə gedir...Deyəsən, özlərinə “ziyalı” deyən bəzi şəxslər düşmən dəyirmanına su tökmək üçün növbəyə durub. Bu qurumda təmsil olunan artıq üçüncü, həm də son üç ayda müxalifətin vahid namizədi elan olunan ikinci şəxsdir ki, erməni sevgisindən bəhs edir.Rüstəm İbrahimbəyovun “Qarabağ həm də erməni torpağıdır, ermənilər üçün yaman darıxmışam”, Əkrəm Əylisinin “Daş yuxular” romanından sonra Cəmil Həsənlinin də “Qarabağ mübahisəli ərazidir” fikri onun da iç üzünü ortaya qoydu.İllərdir Azərbaycanın əleyhinə erməni lobbisinin iş apardığını, onların sifarişi ilə “Fredeem House” kimi təşkilatların hesabatlar yaydığını və daxildə qeyri-rəsmi emissarlarının əli ilə inqilab hazırladığını deyənlərə növbəti haqqı Cəmil Həsənli verdi.Erkin Qədirli sən hansı təhsildən danışırsan...Bu yerdə adı “Real”, fəaliyyəti tamamilə qeyri-reallıqlarla dolu “Real” Hərəkatının həmsədri Erkin Qədirlinin Amerika mətbuatına müsahibəsi zamanı Qarabağ problemini ölkənin beşinci problemi adlandırması da diqqətdən yayına bilməz. Cənab Qədirli ərz edir ki, guya ilk yerdə təhsil, ikinci yerdə məhkəmə, üçüncü yerdə mülkiyyət, dördüncü yerdə yerli idarəetmə və nəhayət beşinci yerdə Qarabağ...Adama sual verərlər ki, təhsil bəlası olan ölkədə abituriyentlər arasında qızğın rəqabət gedirsə, bu rəqabətə tab gətirməyənlər geydirmə MDB universitetlərinə üz tutursa, ucqar kəndlərdə belə ən müasir standartlara cavab verən məktəblər inşa olunursa, təhsil necə ümummilli bəla ola bilər?!Hansı mülkiyyət toxunulmazlığından danışırsan ki, kvadratı 300 manata belə satılmayan evlərin hər kvadratına hökumət 1500 manat kompensasiya verir?!Bütün bunlar göstərir ki, qərb dövlətlərini beş-on səsə satın alan erməni lobbisi hərəkətdədir və uduzmağa məhkum Həsənlilərin, İbrahimbəyovların, Qəmbərlərin, Kərimlilərin yerini Məmmədovlar, Qədirlilər tutmağa çalışır.Bunlar özü-özünü ifşa edib. Öz cavablarını da özləri verirlər. Müxalifətin “informasiya resursu” “Yeni Müsavat”ın sözçüsü Azər Ayxanın “Hardasız dil pəhlavanları, niyə gizlənmisiniz” sualı onlara ən layiqli cavabdır.Azərbaycan cəmiyyəti İsa Qəmbəri, Əli Kərimlini, Rüstəm İbrahimbəyovu, Cəmil Həsənlini yola saldı. Erkin Qədirli, İlqar Məmmədov, Emin Milli kimilərini isə yaxına buraxmayacaq.

OXŞAR XƏBƏRLƏR