Xan Şuşinskinin vəfatından 46 il ötür

Xan Şuşinskinin vəfatından 46 il ötür
MƏDƏNİYYƏT
10:42 18.03.2025
169

Bu gün Azərbaycan muğam sənətinin görkəmli xanəndəsi Xan Şuşinskinin anım günüdür.

AZXEBER.COM xəbər verir ki, onun vəfatından 46 il ötür.

Xan Şuşinski 1901-ci ildə avqustun 20-si Şuşada anadan olub. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə "Kürd-Şahnaz” muğamını yaxşı ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski” adını vermişdir.

Xanın bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin də böyük təsiri olub.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib.

Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, mükafata layiq görüldü. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edib.

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası” yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrədib.

O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslini yaradıb.

Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun "Qəmərim”, "Şuşanın dağları” mahnıları dillər əzbəri olub.

Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz” mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb.

Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən cəmi 240 dəqiqəlik lent yazısı qalıb.

O, 1979-cu ildə martın 18-də vəfat edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə avtomobil 3 piyadanı vurub
23:57 18.03.2025
Gəncədə avtomobil 3 piyadanı vurub
Şəkidə 4 otaqlı yaşayış evi yanıb
23:42 18.03.2025
Şəkidə 4 otaqlı yaşayış evi yanıb
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
23:38 18.03.2025
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb
23:26 18.03.2025
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb
Lənkəranda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub
23:18 18.03.2025
Lənkəranda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub
Zelenskidən Trampla Putinin söhbətindən sonra açıqlama
23:04 18.03.2025
Zelenskidən Trampla Putinin söhbətindən sonra açıqlama
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"
22:54 18.03.2025
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"
Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərqdə danışıqlara başlayır
22:45 18.03.2025
Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərqdə danışıqlara başlayır
"Qalatasaray" klubunun sabiq futbolçusu karyerasını başa vurdu
22:27 18.03.2025
"Qalatasaray" klubunun sabiq futbolçusu karyerasını başa vurdu
Putin Ukrayna ilə enerji obyektlərinə qarşılıqlı olaraq 30 gündə zərbələrdən imtina etməyi dəstəkləyib
22:15 18.03.2025
Putin Ukrayna ilə enerji obyektlərinə qarşılıqlı olaraq 30 gündə zərbələrdən imtina etməyi dəstəkləyib
Sumqayıtda yol qəzası baş verib, üç nəfər xəsarət alıb
22:06 18.03.2025
Sumqayıtda yol qəzası baş verib, üç nəfər xəsarət alıb
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
21:56 18.03.2025
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
İran hökuməti Urmiyada Novruz bayramı şənliyi keçirilməsinə icazə verməyib
21:36 18.03.2025
İran hökuməti Urmiyada Novruz bayramı şənliyi keçirilməsinə icazə verməyib
Şabranda traktor minik maşını ilə toqquşub, ölən və yaralananlar var - FOTOLAR
21:21 18.03.2025
Şabranda traktor minik maşını ilə toqquşub, ölən və yaralananlar var - FOTOLAR
Rusiyada helikopter qəzaya uğrayıb, ekipaj ölüb
21:18 18.03.2025
Rusiyada helikopter qəzaya uğrayıb, ekipaj ölüb
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib - FOTOLAR
21:09 18.03.2025
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib - FOTOLAR