Xanım aparıcı 'Azadlıq'ı məhkəməyə verdi

Xanım aparıcı
MEDIA
17:31 17.04.2015
2337
“Azadlıq” qəzeti 17 aprel 2015-ci il tarixli sayında “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC-nin (AzTV) keşmiş əməkdaşı, hazırda “Region” TV-nin aparıcısı Sima Çələbi haqqında böhtan xarakterli xəbər yayıb.Sima Çələbi AZXEBER.COM-a bildirib ki, bu, ilk dəfə deyil: “Artıq neçənci dəfədir ki, bu qəzet haqqımda məlumatları dəqiqləşdirmədən, müqəddəs ailə dəyərlərinin və şəxsi həyatın toxunulmazlığını nəzərə almadan şərəf və ləyaqətimi təhqir edir, jurnalist kimi işgüzar nüfuzuma xələl gətirir. Qəti şəkildə bildirirəm ki, “Azadlıq” qəzetində haqqımda yazılanlar tamamilə yalan və uydurmadır. Əvvəla, mənim övladımın 5 yaşı var və mən bu yaxınlarda yenidən ana olmamışam. İkincisi, mən “Lider” TV-də heç bir vaxt katibə işləməmişəm. Həmin kanalda “Yeni Səhər” proqramının aparıcısı kimi günaşırı 3 saat canlı efirdə olmuşam, “Kim, Harada, Necə?” verilişinin aparıcısı kimi çalışmışam. Bununla yanaşı, bildirmək istəyirəm ki, kiminsə katibə işləməsini qəbahət saymıram və qəzetin bu məqamı qabartmasını ölkəmizdə çalışan bütün katibələrin aşağılanması kimi qəbul edirəm”.Jurnalist qeyd edib ki, Azərbaycan Konstitusiyası ölkəmizin hər bir vətəndaşına, o cümlədən də ona bələdiyyə seçkilərində iştirak emək hüququ verir: “Mən də bu hüquqdan isitifadə edərək, Yasamal bələdiyyəsinin üzvü seçilmişəm və ictimai əsaslarla bu fəaliyyətimi davam etdirirəm. Seçki kampaniyasına qatıldığım üçün İTV-dəki vəzifəmdən öz xahişimlə azad olunmuşam. Seçkidən sonra isə “Region” TV-dən daha yüksək əmək haqqı müqabilində iş təklifini qəbul etmişəm. Hazırda televiziyanın “MediaLayn” – yerli internet resurslarımızın inkişaf dinamikasını araşdıran televiziya layihəsinin və “Bu gün” verilişinin aparıcısıyam”.
OXŞAR XƏBƏRLƏR