Xankəndi şəhərinin yaxınlığında, Şuşa ilə üzbəüz mövqedə inşa olunan müasir teleqüllənin tikintisi davam edir.
AZXEBER.COM "Oxu.Az”a istinadən xəbər verir ki, dəniz səviyyəsindən 1 596 metr yüksəklikdə inşa edilən teleradio yayımı stansiyasının qülləsinin hündürlüyü 128 metr olacaq.
Layihənin həyata keçirilməsi Qarabağ və Şərqi Zəngəzur regionlarında televiziya və radio yayımlarının əhatə dairəsinin genişləndirilməsinə imkan verəcək.











































