xari

Xankəndində aclıq başlaya bilər: çörək qıtlığı var

DÜNYA
12:26 05.03.2021
1281
Qarabağın rusiyalı sülhməramlıların nəzarətində olan hissəsində, xüsusilə də Xankəndində ərzaq məhsulları və ələlxüsus da çörək qıtlığı hiss olunur.

Xankəndindəki "Dirçəliş" Meydanında yerli ermənilər etiraz aksiyası keçiriblər. Onların əksəriyyəti Ağoğlan (Hadrut) rayonundan olan şəxslər idi.

Ermənilər yaşamaq üçün normal sosial şəraitin yaradılmasını tələb ediblər.

Onlar deyirlər ki, ya normal yaşamaq üçün şərait yaradılsın, ya da geriyə, indi Azərbaycannın nəzarətindəki ərazilərə qayıdış üçün imkan verilsin.

Xankəndidəki "parlament"in "deputat"ı Metakse Akopyanın dediyinə görə, ötən ay da analoji aksiya olmuşdu.

Ağoğlandan olan ermənilər Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının komandanı, general-leytenant Rüstəm Muradova kollektiv məktub ünvanlayıblar.

"Biz o rayonun sakinləriyik və evlərimizə qayıtmaq üçün şərait yaradılmalıdır. Dedilər ki, məsələ müzakirə olunur. Amma hələ də cavab yoxdur. Sosial vəziyyət çox ağırdır, dalana dirənir. Heç bilmirəm bu dalandan necə çıxacağıq", - M.Akopyan söyləyib.

Rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə ermənilərin normal yaşayış şəraitləri yoxdur. Hazırda Xankəndidə kirayə ev və ya mənzillərin minimal aylıq qiyməti 150 min erməni dramı, yəni 285 ABŞ dollarıdır. Evsiz-eşiksiz qalmış ermənilərə isə ayda cəmi 60 min dram məbləğində yardım verilir.

Havalar soyuqdur və evlərin qızdırılması ilə bağlı ciddi çətinliklər var.

Üstəlik, çörək qıtlığı da var.

Hər qarabağlı erməniyə ayda 68 min dram veriləcəyi deyilir. Lakin bu pulların yalnız mart ayının sonlarında ödəniləcəyi bəyan edilib. Ermənilər bu vədə də inanmırlar.

Hazırda Xankəndində 20 min erməni evsiz-eşiksizdir. Onların yaxın müddətdə yaşayış yerləri ilə təmin ediləcəkləri illüziyadır.
 
///Milli.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:01 14.04.2021

Moody’s Bank Respublikanın reytinq üzrə proqnozunu iki pillə birdən yüksəltdi

14:56 14.04.2021

Putin vaksinin ikinci dozasını vurdurdu

14:41 14.04.2021

“Paşinyan əməkdaşlığa meyillidir, sadəcə indi...”

14:38 14.04.2021

Valideynlərin nəzərinə: Bakıda narkotik və əxlaqsızlığı təbliğ edən uşaq geyimləri satılır - FOTO

14:31 14.04.2021

“Caliber”: Ermənistanın İrandan ayrılma qorxusu - VİDEO

14:20 14.04.2021

"Metronu bağlayıblar, hamı avtobusda ağız-ağıza gedir"- VİDEOSORĞU

14:09 14.04.2021

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

13:49 14.04.2021

Erməni valideynlər Paşinyandan cavab gözləyir

13:46 14.04.2021

Lukaşenko: "Bizim münasibətlərimiz əladır və mən buna görə həmişə fəxr edirəm"

13:45 14.04.2021

"Razılaşdırdığımız məsələlərin praktiki həllini görürük"

13:45 14.04.2021

İlham Əliyev: "Bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik"

13:42 14.04.2021

Azərbaycanlı müğənni boşanmaq istədiyi əri tərəfindən öldürüldü - FOTO

13:29 14.04.2021

İrəvanda maska üstündə bir sərnişin digərini öldürdü

13:11 14.04.2021

Azərbaycanda gəlin qayınanasını soydu - 11 min manatlıq cinayət

13:04 14.04.2021

Lukaşenko: “Heç bir pandemiya Belarus ilə Azərbaycan arasında əməkdaşlığa mane ola bilməz”

13:02 14.04.2021

Ermənistan prezidenti Gürcüstana səfər edəcək