Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər
SOSİAL
14:55 06.10.2024
444
Dövlət İmtahan Mərkəzi tərəfindən 6 oktyabr 2024-cü il tarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib.

AZXEBER.COM DİM-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.

Kompüterlər vasitəsilə təşkil olunan imtahan saat 13:00-da başlanıb və 1 saat davam edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 305 nəfərdən 33 nəfər imtahana gəlməyib. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda 149 nəfər müvəffəqiyyət əldə edib.

Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün 15 və ya daha yuxarı bal toplaması tələb olunur.

İmtahanın məzmunu ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 8 və 9 oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) surəti də əlavə edilməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
01:15 24.08.2026
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
00:33 24.08.2026
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
Bu həftə bu bürclər üçün uğurlu olacaq
00:28 24.08.2026
Bu həftə bu bürclər üçün uğurlu olacaq
Bu ərazilərdə işıq olmayacaq
00:21 24.08.2026
Bu ərazilərdə işıq olmayacaq
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
00:07 24.08.2026
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
23:48 23.08.2026
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
23:33 23.08.2026
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
23:24 23.08.2026
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
23:20 23.08.2026
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
23:10 23.08.2026
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
23:08 23.08.2026
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
Xətaidə yaşayış binasında yanğın - VİDEO
22:59 23.08.2026
Xətaidə yaşayış binasında yanğın - VİDEO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
22:47 23.08.2026
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
22:34 23.08.2026
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
22:31 23.08.2026
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
22:10 23.08.2026
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist