May ayının 18-də Roma şəhərində, Azərbaycan İtaliya Gənclər Assosiasiyasının təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İtaliya, eyni zamanda Avropada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə forum həyata keçiriləcək.
Bu barədə məlumatı AZXEBER.COM-a AİGA-nın həmsədri Emin Rüstəmov verib.
Azərbaycanın İtaliyadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarının nümayəndələrinin qatılacağı tədbirin əsas məqsədi, xaricdə təhsil alan azərbaycanlı gənclərin təhsillərini bitirdikdən sonra Azərbaycanda dövlət qurumlarında təmsil olunmaları və mövcud iş imkanları haqqında məlumat verməkdən ibarətdir.