“Xaricdə Təhsil və Təcrübə Şərtdirmi?” mövzusunda tok-şou keçirildi
GƏNCLİK
22:18 19.12.2011
2260
“ÖZ Klub”-un Təhsil Departamentinin rəhbəri Orxan Nağıyevin AZXEBER.COM-a verdiyi məlumata əsasən, dekabrın 18-də həmin departamentin təqdim etdiyi “Xaricdə Təhsil və Təcrübə Şərtdirmi?” mövzusunda tok-şou formatında konfrans keçirilib. Başlanğıcda “ÖZ Klub”-un direktoru Mirfariz Muradov klubun fəaliyyət haqqında məlumat vermişdir. Talk Show xaricdə təhsil alıb-almamaqla bağlı iştirakçıların tərəddüdləri, xaricdə təhsil və təcrübə proqramları, yerli təhsil, xaricdə iş təcrübəsi imkanları və digər bu istiqamətli məsələlər ətrafında aparılan müzakirələr şəklində həyata keçirilmişdir. Müzakirələrdə “Baku Education İnformation Center”-in direktoru Bahar Hacızadə, Qafqaz Universitetinin Karyera Planlama Mərkəzinin rəhbəri İsa Qasımov, Psixoloji Konsultasiya Mərkəzinin direktoru Elnur Rüstəmov, “Association of Young Azerbaijani Friends of Europe” təşkilatının rəhbəri Asif İsmayılov, “Oscar” Xaricdə Təhsil Mərkəzinin əməkdaşı Asim Dünyamalıyev, “Azerbaijan Students and Alumnis International Forum “-un İdarə Heyətinin üzvü, “Webster Graduate School London”-un magistr məzunu Fariz Cəfərov kimi bir sıra tanınmış ekspertlər iştirak etmişlər. Ekspertlər tərəfindən məsələnin bütün tərəflərinə aydınlıq gətirilmiş, peşəkar şərhlər verilib. Talk Show -nun moderatoru qismində Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin həmsədri Rəşxan Qaraşlı çıxış etmişdir. İştirakçılara “Xaricdə Təhsil və Təcrübə Şərtdirmi?” mövzusu ətrafında tələbələr arasında aparılmış sorğudan ibarət video çarx nümayiş etdirilmişdir. Eyni zamanda Talk Show-da iştirak edənlər arasında da həm başlanğıcda, həm də sonda sorğu keçirilmişdir. İştirakçılar müzakirələrdə aktiv iştirak etmiş, ekspertlərə suallar vermiş və bir sıra yeni informasiyalar əldə etmişlər.