Xaricdən alınan bu məhsullara görə aksiz vergisi ödəniləcək - VİDEO

Xaricdən alınan bu məhsullara görə aksiz vergisi ödəniləcək - VİDEO
SOSİAL
22:52 06.02.2026
1005
"Xaricdən özümə və ailə üzvlərimə mobil telefon gətirim, ucuz başa gəlsin" anlayışı artıq tarixə qovuşur.

Çünki vətəndaş ölkəyə il ərzində 1-dən artıq mobil telefon gətirərsə, bu halda telefonun tam dəyəri rüsum və vergiyə cəlb olunacaq və əlavə olaraq 20 AZN aksiz vergisi də tətbiq ediləcək.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bu, "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilmiş son dəyişikliklərdə əksini tapıb.

Marketoloq Elxan Mərdanlı deyib ki, əvvəllər vətəndaş şəxsi istifadə üçün gətirdiyi telefonu 800 ABŞ dolları dəyərinə qədər rüsum ödəmədən və gömrükdə bəyan etməklə ölkəyə keçirə bilirdi. Əgər telefonun dəyəri 800 ABŞ dollarından artıq olurdusa, artıq hissəyə görə 36% rüsum və vergi tutulurdu.

Yeni qaydalara əsasən, 1 yanvar 2026-cı ildən 31 dekabr 2026-cı il tarixinədək vətəndaş şəxsi istifadə üçün yalnız 1 ədəd telefonu 800 ABŞ dolları güzəştindən istifadə etməklə və əlavə olaraq 20 AZN aksiz vergisindən azad şəkildə ölkəyə gətirə bilər. Vətəndaş il ərzində 2 və ya daha çox mobil telefon gətirərsə, bu halda telefonun tam dəyəri rüsum və vergiyə cəlb olunacaq, aksiz vergisi də tətbiq ediləcək.

Ekspert onu da qeyd edib ki, "Mobil cihaz" anlayışı yalnız mobil telefonlarla məhdudlaşmır. Qaydalara əsasən, kassa aparatları, noutbuklar, smartfonlar, rabitə üçün ötürücü-qəbuledici cihazlar - məsələn: ağıllı saatlar, modemlər və oxşar qurğular, o cümlədən videokameralar, fərdi funksiyaları olan elektron cihazlar da bu qaydalarla ölkəyə gətiriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir