xari

Xaricdən sifariş edilən bağlamalar niyə gecikir? - RƏSMİ AÇIQLAMA

SOSİAL
14:17 22.01.2021
778
Vətəndaşların xaricdən sifariş etdikləri poçt bağlamalarının uzun müddət gecikdirilməsi, daşıyıcı şirkətlərin öz işini düzgün qurmaması səbəbindən baş verir.

Dövlət Gömrük Komitəsindən (DGK) AZXEBER.COM-a verilən məlumata görə, daşıyıcı şirkətlər tərəfindən ölkə ərazisinə gətirilən mal partiyasına gömrük nəzarəti tədbirləri, mallar gömrük orqanına təqdim edildiyi andan maksimum 2-3 gün ərzində həyata keçirilir.

"Bəzən daşıyıcı şirkətlər qanunvericilikdə müəyyən edilən dəyər həddini aşan bağlamaların barəsində gömrük nəzarəti başa çatan yük partiyalarından ayırıb gömrüyə təqdim edilməsi prosesinə günlərlə vaxt sərf edir. Nəticədə  praktiki iş prosesini düzgün qurmayan həmin şirkətlər vətəndaşlara məxsus bağlamaları gecikdirir”, - Komitədən bildirilib.

Həmçinin bir sıra hallarda daşıyıcı şirkətlər biznes prosesdə ləngiməklə yanaşı, kütləvi endirimlər dövründə yük həcmini qəbul etməkdə çətinlik çəkir və malları gömrükdən çıxarsalar da öz anbarlarında anbarlaşdıra bilmir. Bəzən isə terminalla və ya daşıyıcı aviaşirkətlərlə yaranan problemlərlə əlaqədar mal partiyasını anbardan çıxara bilməyən şirkətlər malın hərəkət statusunu "gömrükdə” olaraq göstərir. Aparılan araşdırmalar göstərir ki, əksər hallarda bu daşıyıcı şirkətlərin böyük həcmdə yükləri idarə edə bilmədiklərindən də baş verir.

Bəzi poçt bağlamalarının əsassız olaraq saxlanılması ilə bağlı məsələyə gəldikdə isə Komitədən qeyd edilib ki, fiziki şəxslər tərəfindən təyinatı istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan poçt göndərişləri yalnız qanunvericilikdə müəyyən edilən gömrük dəyəri həddini aşdıqda, aidiyyəti dövlət orqanlarının rəy və icazələri tələb olunduqda və ya qanunvericilikdə nəzərdə tutulan digər hallarda saxlanıla bilər.

"Bəzi hallarda vətəndaşlar təqvim ayı üzrə sifarişlərini yalnız məhsulların öz dəyərini hesablamaqla planlaşdırır və daşıma xərcini əlavə etmədiklərindən qanunvericilikdə müəyyən edilən gömrük dəyəri həddini aşır ki, bu bağlamaların saxlanılması ilə nəticələnir”, - deyə Komitədən bildirilib. 

Gömrük dəyəri, Gömrük tarifi haqqında qanunun 2-ci fəslinə uyğun olaraq müəyyən edilir və gömrük dəyərinin müəyyən edilməsi zamanı məhsulun dəyəri ilə yanaşı, daşınma xərci də nəzərə alınır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:53 03.03.2021

İlham Əliyev: "Biz ümid edirik ki, Pakistan ölkəmizin ərazisindən keçən nəqliyyat marşrutlarına qoşulacaq"

17:45 03.03.2021

Qəbələdə 63 yaşlı kişi intihar etdi

17:44 03.03.2021

İran tərəfdarı olan qruplaşma İraqda ABŞ hərbi bazasına 13 raket atıb

17:42 03.03.2021

Ankarada Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

17:38 03.03.2021

“TikTok”un bənzərinin sınaqları başladı

17:32 03.03.2021

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb - FOTO

17:23 03.03.2021

Tanınmış rus şərhçisi vəfat etdi

17:19 03.03.2021

İşğaldan azad edilmiş ərazilər üzrə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib - FOTO

17:13 03.03.2021

"Qarabağın bərpası üçün 1 milyard manat artıq paylanıb" - Millət vəkili hökumətin planlarını açıqladı

17:11 03.03.2021

Füzulidə əməliyyat keçirildi: çox sayda saxlanılan var

17:06 03.03.2021

İrəvanda gərginlik ən pik həddə: Snayperlər gətirildi

17:06 03.03.2021

Füzulidə əməliyyat keçirildi: çox sayda saxlanılan var

17:03 03.03.2021

“Muğan Bank”ın zərəri getdikcə böyüyür - CƏDVƏL

16:58 03.03.2021

Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı

16:49 03.03.2021

İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrini qəbul edib

16:45 03.03.2021

Prokurorluq rəisin minaya düşməsi ilə bağlı məlumat yayıb