Gürcüstanın xarici işlər naziri Tamara Beruçaşvili istefaya göndərilib.
AZXƏBƏR.COM-un məlumatına görə, Azvision.az gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə baş nazir İrakli Qaribaşvili bildirib.
Məlumata görə, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili yeni xarici işlər naziri təyin olunub. Qaribaşvilinin sözlərinə görə, Dmitriy Kumsişvili isə iqtisadiyyat və davamlı inkişaf naziri postuna gətirilib.