Xarici jurnalistlər Bakıda aclıq aksiyası edənlərlə görüşdülər
Bütün Xəbərlər
14:40 18.05.2012
1769
Müsavat Partiyasının qərargahında vicdan məhbuslarına azadlıq tələbi ilə başlanan aclıq aksiyası davam edir. Müsavat qərargahından musavat.com-a verilən məlumata görə, bu gün aksiyanı işıqlandırmaq üçün Azərbaycanda olan əcnəbi jurnalistlər aclıq aksiyası keçirənlərə baş çəkiblər. Hollandiyanın və İngiltərənin aparıcı telekanalarından olan jurnalistlər aksiya iştirakçılarından müsahibə alaraq, onların əsas tələb və məqsədlərinin nə olduğu soruşub, ətraflı cavablar alıblar.