AZXEBER.COM-un məlumatına görə, o cəbhədə bölgəsində yaşayan vətəndaşlarımıza təlim keçib, nitq qüsurlu uşaqlara yardım göstərib.
Xavər Abdullayevə bildirib ki, düşmən gülləsi altında yaşayan sakinlərimizdə, azyaşlı uşaqların nitqində qüsurlar yarana bilir. Bunun da obyektiv və subyektiv səbəbləri var, ona görə də cəbhə bölgəsində Səlis Danışıq Loqopedik Psixoloji Mərkəzi fəaliyyət göstərir. Bərdə, Tərtər və Ağdam sakinləri mərkəzə müraciət edərək, bu problemdən yaxa qurtara bilərlər.Həmçinin onu da qeyd edək ki, Xavər Abdullayevanın təliminə maraq olduqca böyük olub və qonşu rayonlardan da sakinlər loqoped defektoloqa müraciət ediblər.
Xavər Abdullayeva valideynlərə də müraciət edib və bildirib ki, uşaqlarda nitq qüsurunu görәn kimi vaxtında vә zamanında nevropotoloqa yox bu sahә üzrә professional loqapedlәrә müraciәt etsinlәr. İnsanlar adәtәn uşaqda nitq problemi görәn kimi nevropotoloqun müraciət edir. Nevropotoloq da dәrman müәlicәsi edir ama problemin aradan qalxmasına kömәk etmir. Ona görәki nevropotoloq onu danışdırmır, nitqi öyrәtmir. Nevropotoloq dәrmanı verib beyindә olan mәrkәzi nitq aparatını oyadır lakin uşağın nitqi inkişaf etdirmir. Bir dә mәslәhәt görәrdim ki valideyinlәr övladının nitqindә olan problem ilә mәktәbә gedәnә qәdәr mәşğul olsunlar. Çünki uşaq mәktәbә getdikdәn sonra uşağı loqopedә gәtirmәk uşağa zәrbәdir. Yәni hәm mәktәbdә müәllimin dәrsi ,hәm dә loqopedin dәrsi uşağın beyni yüklәnir vә uşaq heç birini çatdıra bilmir.
Həmin görüşdən fotoları təqdim edirik:









