Xəbər vermədən övladını sinifdə saxladılar - VİDEO

Xəbər vermədən övladını sinifdə saxladılar - VİDEO
SOSİAL
23:56 24.08.2026
159
Övladını sinifdə saxladılar, valideynə isə bunu yeni tədris ilinə az vaxt qalmış dedilər... İndi şagirdi nə sinifdən sinifə keçirirlər, nə də onun sənədlərini geri qaytarırılar...

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Xəzər rayonu Bunə qəsəbəsi 334 saylı tam orta məktəbin 7A sinif şagirdinin valideyni Səyyar İmanov iddia edir ki, tədris ilinin sonunda ailəyə övladları ilə bağlı hər hansı bir problemin olması barədə məlumat verilməyib. Bu gün isə uşağın sinifdə saxlanıldığını bildiriblər. Valideyn məktəbə dəvət olunsa da, övladının sənədini ona verməkdən imtina ediblər. Valideyn iddia edir ki, məktəb rəhbərliliyi ona şagirdin sinifdə saxlanılmasını portala yerləşdirməyi unutduqlarını deyib.

 Səyyar İmanov deyir ki, məktəb rəhbərliyi uşağın sinifdə saxlanmasının səbəbi kimi onun dərsə davamiyyətini göstərib.

 O, deyir ki, övladı 7 ildir  334 saylı məktəbdə təhsil alır. Bu günə kimi pedoqoji kollektivlə ailə arasında heç bir problem də olmayıb. Ötən tədris ilində övladı bir neçə gün səhhətindəki problemə görə dərsə getməyib. Məktəb rəhbərliyi isə bu gün onlara uşağın sinifdə saxlanılması xəbərini verib.

OXŞAR XƏBƏRLƏR