Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO

Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
MAQAZİN
13:21 11.06.2026
216
Rusiyalı bloqer Lerçek (Valeriya Çekalina) ağır xəstəliklə mübarizəsini davam etdirir.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumata görə, dördüncü mərhələ xərçəng diaqnozu qoyulan fenomenin səhhəti yenidən pisləşib və o, xəstəxanaya yerləşdirilib.

Lerçekin həyat yoldaşı Luis Skviççiarini sosial şəbəkədə paylaşdığı emosional mesajla diqqət çəkib.
 
O, sosial media hesabında xanımı ilə fotosunu yayımlayaraq "Nə olar, yaşa!" sözlərini qeyd edib.

Xatırladaq ki, Lerçəkdə doğuşdan sonra mədə xərçənginin dördüncü mərhələsi aşkarlanıb. Məlumata görə, xəstəlik metastaz verib və o, uzun müddətdir xəstəxanada müalicə alır.
 
Aysel

 


OXŞAR XƏBƏRLƏR