Xəyalların ölkəsi olan İsveçrə haqqında 21 ilginc məlumat...

Xəyalların ölkəsi olan İsveçrə haqqında 21 ilginc məlumat...
MARAQLI
12:14 15.12.2019
5103

İsveçrə Konfederasiyası dünyanın rifah səviyyəsinə görə ən yüksək ölkələrindən biridir.

İsveçrə Qərbi Avropada yerləşir. Ölkə şimalda Almaniya, qərbdə Fransa, cənubda İtaliya, şərqdə Avstriya və Lixtenşteynlə həmsərhəddir. 2017-ci ilin statistikasına görə, ölkə əhalisi 8.42 milyon nəfərdir. İsveçrə Alp dağları ilə İsveçrə yaylası və Jura dağları arasında yerləşir. Bu ölkə haqda coğrafi xüsusiyyətlərdən əlavə bir çox bilinməyən məlumatlar var.

Həmin məlumatlar aşağıdakılardır.

İsveçrə İqtisadiyyat Araşdırmaları Birliyinin araşdırmalarına görə, bu ölkə yaşamaq üçün dünyanın ən yaxşı ölkəsidir.

Cinayət səviyyəsi, iş şəraiti, insanların rifahı və xoşbəxtliyi kimi meyarlara görə dünyanın birinci ən yaxşı ölkəsi adına layiq görülüb.

 

"Tam demokratiya" ilə idarə olunan yeganə ölkə

Ölkədə həyata keçirilən tam demokratiyaya görə vətəndaşların parlament tərəfindən qəbul edilən qərarlara etiraz etmək hüququ var. Bu idarəetmə forması nəticəsində ölkədə dövlət başçısı yoxdur. Qərarları 7 üzvdən ibarət məclis qəbul edir.

İsveçrənin paytaxtı yoxdur

Çoxları İsveçrənin paytaxtını Cenevrə və ya Sürix olduğunu düşünür, amma hər ikisi də deyil. İsveçrə Konstitusiyasına uyğun olmadığı üçün ölkənin paytaxtı yoxdur. Bern şəhəri de-fakto qeyri-rəsmi olsa da, ölkənin paytaxtı olaraq qəbul edilir.

Etnik müxtəlifliyə görə ölkədə 4 rəsmi dildən istifadə olunur

Ölkədə dörd fərqli rəsmi dildə danışılır: Fransız, italyan, alman və romanş.

İsveçrədə təqribən 2.3-4.5 milyon silah olmasına baxmayaraq, dünyada cinayət nisbəti ən aşağı səviyyədədir.

 

Eynşteyn məşhur düsturu (E = mc²) İsveçrədə tapıb.

Bu düstura görə, kütlə enerjiyə çevrilə bilər.

 

Dünyada ən çox şokolad istehlak edən ölkədir.

 

Müharibə vəziyyətində ölkənin bütün əhalisinin sığa biləcəyi sığınacaqlar var.

 

Dünyada bankların sayına görə lider ölkədir.

Fransa İsveçrəni fəth edə bilən yeganə ölkədir

1798-ci ildə Fransa inqilab qüvvələri İsveçrəni fəth edib.

 

İsveçrə ordusuna məxsus olan məşhur bıçaqda İsveçrədə hazırlanmayan yeganə hissə şərab açma alətidir.

Ölkədə hər hansı bir düşmən hücumu zamanı əsas yolları, körpüləri və dəmir yollarını məhv etmək siyasəti mövcuddur.

 

Mümkün bir müharibə zamanı yollardakı maneələri aradan qaldıraraq, bu yollardan uçuş enmə zolağı kimi istifadə edilə bilər.

Dünyanın ən bahalı qəhvəsi Sürixdədir.

İsveçrədə heyvan hüquqları ən yüksək səviyyədə qorunur

İsveçrədə heyvanlar restoran və kafelərə heç bir icazə olmadan qəbul edilir.

Siz bu ölkədə olan hər hansı bir restoranda köpək və ya bir pişiyin yemək yediyini görə bilərsiniz. Bəzi heyvan sahiblərinin sevimli dostlarına qayğı göstərmələrini öyrənmək üçün kurslar da mövcuddur.

Heyvan hüquqları o qədər yüksəkdir ki, İsveçrədə 2010-cu ildə heyvan vəkilləri ilə bağlı referendum da keçirilib. Lakin bu qərar sonradan təmin edilməyib.

Süd ölkənin milli içkisi hesab olunur

İsveçrə südünün dadının olduqca ləzzətli olduğu deyilir. Ölkədə süd milli içki kimi qəbul edilsə də, araşdırmalar göstərir ki, o qədər də çox süd istehlak edilmir.

İsveçrədə "Anti-Poverpoint" adlı bir partiya var

Bu partiyanın 1294 üzvü var və İsveçrədəki 7-ci ən böyük partiyadır.

Ölkənin 23 faizi əcənəbilərdən ibarətdir.

Ölkədə 1500-dən çox göl var.

Ən məşhurları Blasee, Sürix, Cenevrə, Lugano, Klöntalersee gölləridir.

Nescafe ilk dəfə 1938-ci ildə İsveçrədə satışa çıxarılıb

Nescafe 1930-cu ildə "Nestle” şirkətinin Braziliya hökumətinə müraciətindən sonra fəaliyyətə başlayıb. Maks Morgenthaler və komandası sadəcə isti su əlavə edərək qəhvə hazırlamağın yollarını axtarırdı. İsveçrə laboratoriyalarında aparılan 7 illik araşdırmalardan sonra "Nestle” və kofe sözlərinin birləşməsindən əmələ gələn "Nescafe” yaradıldı.

Ölkənin latınca adı "Confoederatio Helvetica"dır.

///Musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
12:32 07.08.2026
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
12:14 07.08.2026
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
11:52 07.08.2026
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
11:47 07.08.2026
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
11:29 07.08.2026
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
11:21 07.08.2026
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
11:19 07.08.2026
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
11:06 07.08.2026
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
11:01 07.08.2026
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10:59 07.08.2026
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
10:42 07.08.2026
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
10:36 07.08.2026
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
10:29 07.08.2026
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Şəxsi büdcənizi nəzarətdə saxlamaq üçün bank hesabı niyə vacibdir?
10:24 07.08.2026
Şəxsi büdcənizi nəzarətdə saxlamaq üçün bank hesabı niyə vacibdir?
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
09:55 07.08.2026
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
Daha bir gənc suda boğularaq öldü
09:43 07.08.2026
Daha bir gənc suda boğularaq öldü