Xəyanət cinayətə səbəb oldu - Dolabı açan kişi dəhşət yaşadı

Xəyanət cinayətə səbəb oldu - Dolabı açan kişi dəhşət yaşadı
DÜNYA
11:03 19.02.2020
7453
Xəyanət cinayətə səbəb olub.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, qadının ərinin dostu ilə əxlaqsızlığı cinayətlə nəticələnib.

Hadisə Türkiyənin Kayseri vilayətində baş verib. Kayseridə yaşayan suriyalı Zekeriye E işdən evə tez qayıtdıqda həyat yoldaşını alt paltarında görüb.

Vəziyyətdən şübhələnən ər evdən yad ətir iyi də hiss edib. O, dərhal evdəki dolabları yoxlayıb. Yataq otağındakı dolabı açan kişi Waaled Alsalmo adlı dostunu görüb.

Onlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Dolabda gizlənən şəxs qadının ərini bıçaqlayıb.

Waaled Alsalmo-nun məhkəməsi keçirilib. O, 10 il müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR