Xəyanətin Arifi: Ağsaqqal ola bilməyən ağçaqqal - VİDEO

Xəyanətin Arifi: Ağsaqqal ola bilməyən ağçaqqal - VİDEO
SİYASƏT
14:55 28.07.2020
1511
Son günlər Azərbaycan və Ermənistan sərhədində baş verən hadisələr dünyanın xəbər gündəmini alt-üst etdi. Hər yerdə baş xəbərə çevrilən bu hadisələrdə erməni yalanı yenə də ayaq tutdu, amma yeriyə bilmədi.

Təəssüflə qeyd etməliyik ki, onlar istinad üçün satqınlar tapdılar. Bu dəfə bu istinad yeri adımıza ləkə olan, Azərbaycan xalqının üz qarası, zamanında Azərbaycanın çörəyini yeyib harınlamış, ermənidən heç bir fərqi olmayan Arif Məmmədovdur.

Bəli, adı Arif olsa da, Aşotlardan fərqlənməyən vətən xaini bu gün yalan çıxışları ilə bütün dünyanı Aşotların yalanına inanmağa çağırır.

Diqqəti sərhəddə baş verənlərə yönəltməkdir məqsəd.

"Bu gün məlumat daxil olub ki, xüsusi təyinatlılar Əliyevlər rejimi ilə mübarizə aparan qüvvələri ovlayır. Bu siyahıda mənim də adım var”.

Əslində, o, bu sözləri ilə özünü ifşa edir. Gəlin, əvvəlcə Arif Məmmədovun kim olduğuna baxaq.

56 yaşlı ağçaqqal millətə ağsaqqal ola bilmədi. Dövlət, xalq ona etimad göstərib, ona öz adından danışmaq səlahiyyəti verəndə o, sən demə, öz çirkin niyyətini qəlbində böyüdürmüş. 2013-cü ilin iyun ayından Brüsseldə İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri kimi çalışan bu xain vəzifəsindən sui-istifadə edərək, dövlətə külli miqdarda ziyan vurmaqda, büdcə vəsaitlərinin qanunsuz xərclənməsi ilə beynəlxalq axtarışa verilir.

Kim bilir, bəlkə də, elə o vaxtdan bu üz qarası səfir Azərbaycanın vəsaitini ermənilərin məqsədlərinə xərcləyib. Vəzifədən kənarlaşdırıldıqdan sonra Belçika Krallığından siyasi sığınacaq alan Məmmədov hələ də ifşa olunduğunu həzm edə bilmir. Azərbaycan çörəyi ilə böyüyən, bu vətənin havasını udub, suyunu içən və vətənini, xalqını düşmən kimi düşmən olmağı belə bacarmayan ermənilərə satan, sapı özümüzdən, qanı başqasından olan, çörəyi dizinin üstündə Məmmədovun niyyəti aşkardır.

Azərbaycandan kənarda yaşayan, amma öz xalqının, millətinin şəhidinə sahib çıxmaq, səngərdəki əsgərlərinin yanında olduğunu hiss etdirmək məqsədilə şəxsən öz təşəbbüsləri ilə təşkil etdikləri aksiyanı ləkələmək istəyən bu tip xainə nə ad vermək olar?

Əslində, Məmmədov özünü elə bu yalanı ilə ifşa etdi. Bu gün yalanları ilə ermənilərə yardım etməyə çalışan Məmmədov Xocalıda ermənilərin törətdiyi qətliamları, soyqırımını nə tez unutdu? Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri kimi çalışanda, niyə dünyaya Mart hadisələri, Quba soyqırımı, Sumqayıt hadisələri, Xocalı soyqırımını hayqırıb, səsimizi eşitdirmirdi. Bəlkə, elə o vaxtdan satılmışdı bu xain?!

Hər şey aşkardır. Məqsəddə, niyyətdə...

Biz bu xainə veriləcək adı sizin ixtiyarınıza buraxırıq.

Çaqqallar ovlanmır, Arif Məmmədov!
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq