“Xəzər dənizi əsasən Sovet dövründən qalmış köhnə neft quyuları tərəfindən çirkləndirilir” - Hüseyn Bağırov

“Xəzər dənizi əsasən Sovet dövründən qalmış köhnə neft quyuları tərəfindən çirkləndirilir” - Hüseyn Bağırov
Bütün Xəbərlər
13:00 21.11.2013
880

Xəzər dənizi əsasən Sovet dövründən qalmış köhnə neft quyuları tərəfindən çirkləndirilir və bu daha çox Neft Daşları ətrafında baş verir.

AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdeyib.Ümumilikdə, həmin ərazilərdə əvvəlki illərlə müqayisədə çirklənmənin on dəfələrlə azaldığını deyən nazir, bunu daha modern texnologiyalardan istifadə olunması ilə izah edib.H.Bağırov bəzi beynəlxalq təşkilatlar tərəfindən Sumqayıt şəhərinin adının çirkli şəhərlər siyahısına salınmasına da münasibət bildirib.Onun sözlərinə görə, həmin hesabatlar siyasi xarakterlidir və cırtdan, cəmi bir neçə işçisi olan qeyri-ciddi təşkilatlar tərəfindən hazırlanır.“Hər kəsə məlumdur ki, hazırda Sumqayıtda ekoloji vəziyyət Sovet dövrünə nisbətən xeyli dərəcədə yaxşıdır, bioloji çirklənmə isə 10-20 dəfə azalıb. Bu isə daha müasir texnologiyalardan istifadə olunması ilə bağlıdır”.

OXŞAR XƏBƏRLƏR