Xəzər Günündə “Sıfır Tullantı” həmrəylik marafonu baş tutdu

Xəzər Günündə “Sıfır Tullantı” həmrəylik marafonu baş tutdu
İQTİSADİYYAT
15:10 12.08.2024
671

Korporativ Sosial Məsuliyyət layihələri ilə vaxtaşırı gündəmə gələn Qırmızı Ürəklər Fondunun budəfəki təşəbbüsü 12 avqust Xəzər Günündə reallaşıb.

AZXEBER.COM xəbər verir ki, Fond Kapital Bank-ın 150 illik yubileyi münasibətilə "Sıfır tullantı” Həmrəylik Marafonuna start verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kapital Bank-ın tərəfdaşlığı ilə baş tutan marafon Lənkəran şəhərində həyata keçirilib. Xəzər dənizinin sahilyanı ərazilərinin təmizlənməsinə Kapital Bank-ın Lənkəran-Astara iqtisadi rayonlarını əhatə edən filial şəbəkələrindən 70 nəfər əməkdaş könüllü olaraq qoşulub. Nəticədə ərazi 628 kq həcmində plastik və digər məişət tullantılarından təmizlənib.

Layihənin həyata keçirilməsində məqsəd dəniz sahillərinin, dağ, meşə ərazilərinin tullantılardan təmizlənməsi, cəmiyyətdə ətraf mühitə qarşı həssaslığı artırmaq və ekoloji maarifləndirməni gücləndirməkdir. Marafon çərçivəsində baş tutan tədbirdə fikirlərini bölüşən Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov layihədə iştirak edən təbiətsevərlərə təşəkkür edib. "Bu təşəbbüslər davamlı olmalıdır. Dünyamızın, ölkəmizin bizim və gələcək nəsillərin sağlam gələcəyi üçün həmrəy olmağımız şərtdir. Biz Fond olaraq bu mövzuda olan bütün layihələrdə yer almağa çalışır və hər kəsi ekologiyanın qorunmasına dəstək olmağa, ən azı öz üzərinə düşən məsuliyyəti dərk edərək ətraf mühiti qorumağa çağırırıq”.

Xatırladaq ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası 12 avqust 2006-cı il tarixində qüvvəyə mindikdən sonra hər il bu tarix "Xəzər Günü” kimi qeyd olunur. Konvensiya Xəzəryanı dövlətlər arasında təbiəti mühafizə şərtlərinin əks olunduğu ilk hüquqi sazişdir.

Qeyd edək ki, "Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
01:56 15.08.2026
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
Hörmüzün açılması üçün şərtləri açıqladı
01:21 15.08.2026
Hörmüzün açılması üçün şərtləri açıqladı
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır