Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlandı
KRİMİNAL
12:26 01.10.2026
159
Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Eminov saxlanılıb.
 
AZXEBER.COM xəbər verir ki, ondan 36 kiloqram narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

Araşdırma davam etdirilir.
OXŞAR XƏBƏRLƏR