Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı

Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
KRİMİNAL
15:57 22.09.2026
95
Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mirzə Hüseynov saxlanılıb.
 
AZXEBER.COM xəbər verir ki, ondan 40 kiloqram narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

Araşdırma davam etdirilir.
OXŞAR XƏBƏRLƏR