Bu gün Azərbaycan Study Academy rəhbərliyi Xəzər Universitetində tələbələrə təlim keçib.
AZXEBER.COM-un məlumatına görə, təlimin mövzusu “Teleradio aparıcılığı” olub. Təlimdə tanınmış teleaparıcılar İlhamə Novruzova, Nərgiz Cəlilova, Xəzər Universitetinin müəllimi Vəfalı Ənsər iştirak edib. Vəfalı Ənsər qeyd edib ki, belə təlimlərin keçirilməsi tələbələrin praktik bacarıqlarının artılmasına yardımçı olacaq: Azərbaycan televiziya məkanında öz sözünü demiş, özünü təsdiqləmiş insanlar bu gün bizim universitetin qonaqlarıdır. Əminəm ki, onların keçəcəyi təlim hər biriniz üçün faydalı olacaq. Bu həm də sizə təcrübədir. Jurnalist nəzəri biliklərlə yanaşı, praktik biliklərini də tələbəlik illərindən artırmalıdır”.
Bundan sonra təlim başlayıb. Tanınmış telejurnalist Nərgiz Cəlilova qeyd edib ki, bu günAzərbaycan televiziyalarında aparıcıların nitqində nöqsanlar çoxdur: Çox təəsüf ki, bu gün televiziya məkanında elə aparıcılar var ki, onlar ləhcəylə, dialekt sözlərlə danışır. İstərdim ki, gənclər nitqlərini mükəmmələşdirəndən sonra efirlərə çıxsınlar” ASA-nın həmtəsisçilərindən olan tanınmış jurnalist, İlhamə Novruzova deyib ki, ASA-dan telejurnalistika kursları keçiriləcək: “Azərbaycan Tədris Akademiyası (A.S.A.)-nın nəzdindəki Media Schoolda Azərbaycanın ən peşəkar teleaparıcıları: Nərgiz Cəlilova, İlhamiyyə Rza, Vəsilə Vahidqızı, Samirə Mustafayeva və digərləri sizə peşəkar təlimlər keçəcək. Teleradio aparıcılığının əsasları haqda məlumat verəcək”.
Görüş tələbələrin sualları ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan Tədris Akademiyasında (Azerbaijan Study Academy) 4 istiqamət üzrə (Media, menecment, yaradıcılıq və psixologiya) peşəkar təlimlər olacaq. Media School – da ölkədə tanınmış media mənsublarının kursları və ustad-dərsləri təşkil ediləcək – İlhamiyyə Rzayeva, Nərgiz Cəlilova, Vəfalı Ənsər, İlhamə Novruzova, Samirə Mustafayeva, Vəsilə Vahidqızı və başqaları öz dəst-xətlərini gənc nəslə ötürəcəklər.