AZXEBER.COM-un məlumatına görə, bu layihələrdən biri " Hədəfsən " adlanır. Küçə reportajlarından ibarət, maraqlı sorgular, paytaxt sakinləriylə qeyri - adi, fərqli müsahibələr yer alacaq. Adi, gündəlik suallara müxtəlif yanaşmaların şahidi olacaqsız. Paytaxtımızın hər bir sakini hədəfə düşə bilər. Hədəfdən necə çıxmaq isə onların öz öhdəsindədir. Şərif Xasıyevlə "Hədəfsən" həftə içi beş gün saat 17: 45 - də ekranlarınıza gələcək."Addım - addım" adlanan digər layihədə isə ölkəmizin əsrarəngiz təbiəti, maraqlı məkanları, bütün təbii gözəllikləri fərqli tərzdə təqdim ediləcək. Aparıcı Məcid Hüseynovla maraqlı təqdimat sizi gözləyir. Dekabrin 7. dən etibarən, hər bazar saat 23: 20 -də ekranlarınızda.