Xəzərin üstündən keçən THY təyyarəsində qorxulu anlar
Bütün Xəbərlər
09:32 27.11.2012
1288
Türkiyə Hava Yollarına (THY) aid 272 sərnişini olan, Şanxay – İstanbul marşrutu ilə hərəkət edən təyyarə Xəzər dənizinin üzərindən keçərkən sərnişinlər arasında təşviş yaranıb. “Doğan”agentliyinin (DHA) yaydığı məlumata görə, Xəzərin üstündən uçarkən “Boing-777” tipli təyyarənin daxili təzyiqi qəfildən azalıb. Təşvişə düşən sərnişinlərə oksigen maskalarından istifadə etmək məsləhət görülüb. Məlumata görə, bu vəziyyət 20 dəqiqə davam edib və təyyarə normal uçuş səəviyyəsinə keçdikdən sonra sərnişinlər maskalarını çıxarıblar.