XİN başçısı: “Dünya ictimaiyyətinin reaksiya verməməsi ermənilərdə hər şeyin mümkünlüyü illüziyasını yaradıb”

XİN başçısı: “Dünya ictimaiyyətinin reaksiya verməməsi ermənilərdə hər şeyin mümkünlüyü illüziyasını yaradıb”
Siyasət
16:43 27.10.2020
648

"Beynəlxalq ictimaiyyətin lazımi praktik reaksiyasının olmaması Ermənistan tərəfində qələbə eyforiyası və hər şeyin mümkünlüyü ilə bağlı yalançı illüziya yaradıb”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın "Milli müdafiə” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, 27 sentyabr hadisələrinə səbəb olan amillər arasında beynəlxalq ictimaiyyətin kifayət qədər fəal olmayan mövqeyini də qeyd etmək lazımdır: "Azərbaycan ərazilərini hərbi işğal altında saxlamağa davam edən Ermənistan Azərbaycana qarşı təcavüz edərək beynəlxalq hüququ kobud şəkildə pozub. Hətta BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin qəbul edilməsi də Ermənistanın təcavüzünü dayandırmaq və onun nəticələrini aradan qaldırmaq üçün yetərli olmayıb”.

Nazir bir sıra beynəlxalq böhran və münaqişələrdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin çox operativ və tam şəkildə yerinə yetirildiyini xatırladıb.

"Ermənistanın təcavüzü məsələsində isə onlar, təəssüf ki, kağız üzərində qaldılar. Ermənistan BMT qətnamələrini yerinə yetirməkdən imtina etdi və dünyada heç kim təcavüzkar dövləti hesabat verməyə çağırmadı. Bu, ikili standartların tətbiq edilməsinin haqsız təcrübəsidir”, - C.Bayramov söyləyib.

"Paşinyan administrasiyası iki ildən çoxdur 27 sentyabr hadisələrinə doğru irəliləyirdi. Onları hər mərhələdə, növbəti təxribat xarakterli bəyanat və ya hərəkətdən sonra dayandırmaq olardı və bu, lazım idi. Bunun üçün bütün siyasi, diplomatik imkanlar var idi. Təəssüf ki, bu, baş vermədi. Əvəzində Ermənistan və Azərbaycana ünvanlanan, barışığa çağıran və tərəflər arasında tarazlığın qorunmasına yönəlmiş bitərəf bəyanatlar eşitdik. Bu yanaşma heç nəyə yaramadığını sübut etdi. Təcavüzkar ilə təcavüz qurbanını, işğalçı ilə işğal qurbanını müstəviyə qoymaq ədalətsizlik və səhvdir”, - XİN başçısı bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı