XİN-dən atəşkəs açıqlaması

XİN-dən atəşkəs açıqlaması
SOSİAL
16:05 28.03.2016
2014
Novruz və Pasxa bayramlarında atəşkəsə əməl edilməsinə dair ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik 18 mart 2016-cı il, ATƏT sədrliyinin xüsusi nümayəndəsi və Minsk Qrupunun həmsədrləri isə 21 mart 2016-cı il tarixli birgə bəyanatla çıxış ediblər.
AZXEBER.COM xəbər verir ki, XİN Novruz və Pasxa bayramlarının ruhuna uyğun olaraq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin çağırışına Azərbaycan Müdafiə Nazirliyi tərəfindən dərhal müsbət reaksiya verildiyini xatırladıb:
"Lakin, Ermənistan Müdafiə Nazirliyi tərəfindən bu çağırışın ruhuna zidd olaraq təxribatçı əks münasibət ifadə edildi, Ermənistan Xarici İşlər Nazirliyi rəsmiləri tərəfindən isə danışıqlar prosesinin mahiyyətini yenə də təhrif edən hərbi avantüra xarakterli ziddiyyətli açıqlamalar verildi. Eləcə də Ermənistan tərəfindən qəsdən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin gərginləşdirilməsi və ağır atəş vasitələrindən istifadə edərək, atəşkəsin intensiv şəkildə pozulmasına xidmət edən əməllərin törədilməsi davam etdirildi.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən Ermənistan tərəfinin bu qəbildən olan sonuncu təxribatçı əməli 27 mart tarixində baş verib və hücumun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin bir zabiti və bir əsgəri şəhid olub.
Bütün bunlar bir daha sübut edir ki, Ermənistanın əsl məqsədi vəziyyətin qəsdən gərginləşdirilməsi ilə münaqişənin danışıqlar yolu ilə həllinə və qəbuledilməz və qeyri-davamlı olan mövcud status-kvonun dəyişdirilməsinə imkan verməmək, Azərbaycan ərazilərinin işğalını davam etdirməkdir.
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq, gərginliyin yaranması və atəşkəsin pozulmasının əsas səbəbidir.
Münaqişənin həllində irəliləyişə nail olmaq və davamlı atəşkəsi təmin etmək üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsasən ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Əks təqdirdə, yaranmış vəziyyətə görə bütün məsuliyyət işğalçı dövlət kimi Ermənistanın üzərinə düşür".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir