Xırdalanda partlayış: 2 nəfər öldü

Xırdalanda partlayış: 2 nəfər öldü
Bütün Xəbərlər
13:30 06.01.2015
1932
Prokurorluq cinayət işi başladı.
Xırdalan şəhərində partlayış baş verib.
AZXEBER.COM-un məlumatına görə, Abşeron rayon prokuroru Qənimət Səfərov APA-ya bildirib ki, hadisə bu gün saat 12.00 radələrində Xırdalan şəhərində fəaliyyət göstərən taxta emalı sexində qeydə alınıb. Sexdə kompressorun partlaması nəticəsində orada işləyən fəhlələr – Aydın Fətullayev və Miraslan Ağayev ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR