Xırdalandakı parkda gizli qumarxana – FOTOLAR – VİDEO

Xırdalandakı parkda gizli qumarxana – FOTOLAR – VİDEO
Bütün Xəbərlər
12:30 24.12.2012
2576

Xırdalanda şəhər icra hakimiyyətinin arxasında qumarxana fəaliyyət göstərirmiş.

Yaxınlıqda yaşayan sakinlərin AZXEBER.COM-a göndərdikləri oxucu məktubunda, “Ray” adlanan klubda kazino-qumarxananın fəaliyyət göstərdiyi qeyd edilib. Sakinlər qeyd edir ki, bu klubda qumarxana ilə yanaşı mərc oyunları da keçirilir. Hətta azyaşlı uşaqlar evlərdən pul oğurlayaraq bu qumarxanada günlərini gün edirlər.

Məktubda yaxınlıqda mühafizə idarəsinin yerləşdiyi də qeyd edilib. Onların da bu qumarxananın fəaliyyətinə göz yumduqları bildirilir.

Bina sakinləri 3 ildir buna dözdüklərini bildirsələr də, artıq dözməyəcəklərini deyirlər. Onlar qumarxanada və klubda baş verənlərin fotolarını və videolarını da çəkib redaksiyamıza göndəriblər.Onlar bu qumarxanın fəaliyyətində Abşeron Rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovu da günahlandırıblar. Belə ki, sakinlər İcra hakimiyyətinin yaxınlığında olan bu klubun fəaliyyətinə necə icazə verildiyini hələ də anlaya bilmədiklərini söyləyirlər.

OXŞAR XƏBƏRLƏR