Xırdalandan Elmlər Akademiyasına 30 dəqiqəyə çatmaq mümkün olacaq

Xırdalandan Elmlər Akademiyasına 30 dəqiqəyə çatmaq mümkün olacaq
SOSİAL
10:40 14.05.2026
256
Bakıda yeni nəqliyyat transfer nöqtəsi istifadəyə verilib. 

AZXEBER.COM xəbər verir ki, mayın 8-dən fəaliyyətə başlayan Dərnəgül dəmiryol dayanacağı Dərnəgül metro stansiyası ilə cəmi 50 metr məsafədə yerləşir.

Yeni qovşaq sərnişinlərə metro və dəmir yolu arasında sürətli keçid imkanı yaradır. Bu marşrut xüsusilə tələbələr üçün əlverişlidir. Belə ki, Xırdalandan Elmlər Akademiyası metro stansiyası istiqamətinə təxminən 30 dəqiqəyə çatmaq mümkün olacaq.

Layihə ictimai nəqliyyat sistemləri arasında inteqrasiyanı gücləndirərək səfər vaxtının azalmasına şərait yaradır.

Şahanə
OXŞAR XƏBƏRLƏR