'Xoca' filmi Londonda nümayiş etdirildi - FOTOLAR

MƏDƏNİYYƏT
10:23 08.03.2013
1903
Xocalı soyqırımından bəhs edən "Xoca" filmi Londonda bir daha nümayiş edilib.AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi məlumata görə, 21 il əvvəl - 1992-ci ilin 26 fevralda ermənilərin xocalılara qarşı törətdikləri vəhşilikdən bəhs edən film “London School of Economics”də (LSE) göstərilib.ANS müstəqil yayım və media şirkətinin, Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun və “Bakıfilm” kinostudiyasının birgə istehsalı olan “Xoca” bədii filminin təqdimatı universitetin Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə keçirilib.Tədbirdə müxtəlif universitetlərdən və ölkələrdən tələbələr iştirak ediblər. Nümayişdən sonra filmin müzakirəsi aparılıb, Xocalı faciəsinə aid tarixi faktlar iştirakçıların diqqətinə çatdırılıb.

OXŞAR XƏBƏRLƏR