Xocalı qurbanları ABŞ-da yad edildi

Xocalı qurbanları ABŞ-da yad edildi
Bütün Xəbərlər
00:35 29.02.2012
1339

Fevral ayının 27-də Azərbaycan Nyu York Assosiasiyası ( ANA) və Gənc Türklər təşkilatı bir araya gələrək Nyu York şəhərində yerləşən Ermənistanın BMT-də daimi nümayəndəliyinin qarşısında Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş etiraz aksiyası təşkil edbilər. Bu haqda AZXEBER.COM-a ANA-nın məsul katibi Minəvvər Vahabova məlumat verib. Onun dediyinə görə, aksiyada onlarla həmvətənimiz və türk qardaşlarımız iştirak edib. Protestə gələn insanların əllərində Azərbaycan, Türk, Amerika bayraqları,transporantlar, faciəni əks etdirən plakatlar, posterlər var idi. Protestin səbəbi ilə maraqlanan Nyu York sakinlərinə Xocalı faciəsi haqqında məlumatlar paylanıb. Etiraz aksiyası Türk kanalları vasitəsilə lentə alınıb. Strategy XXİ Partners kompaniyasından gələn nümayəndə Claire Currie bu dəhşətli faktı bütün dünyaya çatdırmaq üçün əlindən gələni edəcəyinə söz verib. Birləşmiş Millətlər Təşkilatının müxbiri Courtney Brooks da bu aksiyada iştirak edib. Xanım Brooks da Ermənistan və Azərbaycan arasındakı uzunmüddətli münaqişənin həlli yolunda bacardığı köməyi göstərəcəyinə söz verib. Aksiya iştirakçıları “Ermənistan terrorçu”, “Ermənistan uşaq və qadın qatili”, “Ermənistan, etdiklərindən utan!”, “Ermənistan, Azərbaycandan və Türkiyədən əlini çək!” kimi şüarlar səsləndiriblər. ANA cəmiyyətinin məsul katibi Minəvvər Vahabova Türk kanallarına və Amerika mediyası nümayəndələrinə Xocalı faciəsi haqda və ümumiyyətlə Ermənistanın Azərbaycana qarşı qərəzli mövqeyi barədə məlumat verib. Azərbaycan Nyu York Assosiasiyasının prezidenti Əli Nəsibov Gənc Türklər təşkilatının prezidentinə və digər türk qardaş və bacılarımıza belə bir gündə bizimlə bərabər olduqlarına görə öz minnətdarlığını bildirib.

OXŞAR XƏBƏRLƏR