Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi
SOSİAL
13:13 11.04.2026
546
Xocalıda hər iki valideynini itirən 25 nəfərdən biri olan Nigar Qəhrəmanova 39 yaşında dünyasını dəyişib.

Bu barədə Modern.az-a onun yaxınları məlumat verib. 

Bildirilib ki, Nigar Qəhrəmanova 2 ildir ki onkoloji xəstəlikdən əziyyət çəkib. 6 ay əvvəl isə müalicə məqsədi ilə əməliyyat olunub, lakin xəstəliyi ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Nigar Qəhrəmanova cəmi 4 yaşında Xocalı meşələrində ayaqları donduğu üçün hər ikisi amputasiya olunmuşdu:

"Nigarın atası Təvəkkül silahlı olduğundan əsir düşəcəyimizi biləndə əhalini və ailəsini müdafiə etmək məqsədi ilə müqavimət göstərib. Atışma zamanı ayağından və çiynindən yaralanan Təvəkkül ağaclara söykənə-söykənə mülki əhali ilə birlikdə Əsgəran ərazisindəki şumlanmış əkin sahəsinə qədər gəlib. Oradakı dinc sakinlərin yerini aşkar edən erməni silahlıları atəş açaraq atasının çiynində olan dörd yaşlı Nigarı yaralayıblar. Uşağın anası Raya yaralı qızı Nigarı qucağına götürdükdə ermənilər güllə ilə qadının başından vuraraq onu qətlə yetiriblər” – bu barədə onun ailəsi xatirələrində bildirib. 

Nigar Qəhrəmanova uzun müddət bacısı Xəzangüllə birlikdə yaşayıb. O, cəmi 7 il əvvəl ailə həyatı qurmuşdu. 

39 yaşında vəfat edən Nigarın anası Raya xanım 33, atası isə 37 yaşında Xocalı faciəsinin qurbanı olub. 

Nigar Qəhrəmanova səhhətində yaranan problemlərə görə Xocalı işğaldan azad olduqdan sonra öz ata-baba yurduna gedə bilməyib. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir