Bu gün axşam, London vaxtı ilə saat 19:30-da Londonun məşhur Soho otelində Vahid Mustafayevin "Bakıfilm"də istehsal olunmuş "Xoca" filminin xüsusi nümayişi olacaq. ANS PRESS-in Londondakı xüsusi müxbirinin xüsusi müxbirimizin Londondan verdiyi məlumata görə, nümayişin təşkilatçısı Avropa Azərbaycan Cəmiyyətidir. Britaniyanın nüfuzlu siyasət və dövlət nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət adamlarının və çoxlu media təmsilçilərinin də dəvət edildiyi tədbirin aprel ayının 30-da keçirlməsi təsadüfü deyil. Cəmi beş gün əvvəl ermənilərin soyqırım adlandırdığı hadisələrin növbəti ildönümü bir sıra ölkələrdə, o cümlədən Britaniyada ermənilər tərəfindən qeyd olunmuşdu. Tədbirin təşkilatçıları "Xoca" filminin nümayişini bu akta cavab olaraq keçirdiklərini qeyd edirlər. "Biz təbliğata təbliğatla deyil, həqiqətlə cavab veririk!".Film eyni vaxtda iki zalda nümayiş etdiriləcək. Bu filmə olan tamaşaçı marağı ilə bağlıdır. Nümayiş üçün əvvəlcə bir zal nəzərədə tutulsa da tədbirin təşkilatçıları "Xoca" ətrafında olan ajotajı nəzərə alaraq ikinci zala da müraciət etməli olublar. Filmin nümayişindən sonra onun müzakirəsi keçiriləcək.Nümayişlə bağlı ətraflı məlumatı ANS PRESS oxucularına çatdıracaq.