Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-də atəşkəsi növbəti dəfə pozub. Erməni ordusu saat 16.50-dən 17.10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 22.40-dan 22.55-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.