Xoruz döyüşünə gələnlər güllənləndilər, ölənlər var
Bütün Xəbərlər
10:40 20.04.2012
1754
ABŞ-ın Texas ştatında qeyri-lkqal xoruz döyüşlərinin tamaşaçıları naməlum şəxslərin silahlı hücumuna məruz qalıblar. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, qadağan edilmiş xoruz döyüşləri Meksika ilə sərhəddəki Els şəhərinin yaxınlığında keçirilirmiş.Xoruz döyüşləri zamanı naməlum şəxslər içəriyə daxil olaraq insanlara kortəbii şəkildə atəş açmağa başlayıblar. Nəticədə 3 nəfər ölüb, azı 8 adam yaralanıb. Tamaşaçıların çoxu qaçmaqla xilas ola biliblər.