Xorvatiya prezidenti Bakıya gəldi

Xorvatiya prezidenti Bakıya gəldi
Bütün Xəbərlər
23:19 11.03.2012
1303
Xorvatiya Respublikasının prezidenti İvo Yosipoviç martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. 
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.İvo Yosipoviçi hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.Hava limanının ali qonaqlar üçün salonunda prezident İvo Yosipoviç və baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.Martın 13-dək davam edəcək səfər zamanı prezident İvo Yosipoviç Azərbaycan-Xorvatiya biznes forumuna qatılacaq. Forumda kənd təsərrüfatı və qida sənayesi, sənaye, energetika, tikinti, İKT, səhiyyə, əczaçılıq və digər sektorları təmsil edən xorvatiyalı biznesmenlər iştirak edəcək. Bundan başqa, İ.Yosipoviç Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək.
OXŞAR XƏBƏRLƏR