"Xoşbəxt deyiləm" - Nikola Yurçeviç

"Xoşbəxt deyiləm" - Nikola Yurçeviç
İDMAN
10:35 20.11.2019
5375
Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsinin son turunda Slovakiyaya qarşı səfər matçından (0:2) sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

AZXEBER.COM sportal.az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis məğlubiyyəti şərh edib:

- Slovakiya millisini qələbə münasibəti ilə təbrik edirəm. Qrupda ikinci ola bilməsələr də, Millətlər Liqasından Avropa çempionatına vəsiqə əldə etmək şansları qalır. Onlara uğurl arzulayıram. O ki, qaldı oyuna, əvvəldən heyətlə bağlı ciddi problemlərimiz var idi. Maksim, Mahir, Nazarov, Almeyda, Paşayev yox idi. Fasilədə Eddi oynaya bilmədiyini söylədi. İlk yarıda çox əsəbi idik. Ötürmələrdə dəqiqlik çatışmırdı. İkinci hissədə çox yaxşı oynadığımızı düşünürəm. Qol vurmaq üçün şanslarımız da var idi. 82-ci dəqiqədə hesabı bərabərləşdirməyə çox yaxın olduq. Təəssüf ki, şansdan faydalana bilmədik.

- Şəhriyar Rəhimovun millinin formasını geyməsi birmənalı qarşılanmır. Açıqlaya bilərsiz ki, Rəhimov hansı xüsusiyyətinə görə millinin əsas heyət üzvünə çevrilib?

- Taktiki keyfiyyətləri ilə bağlıdı. Sirr deyil ki, Slovakiya daha çox hücum edən tərəf idi. Onun keyfiyyətləri də müdafiədə bizə çox kömək edirdi.

- Eddi İsrafilov komanda ilə yalnız 1 məşqə çıxsa da, bu gün start heyətində yer aldı. Düşünmürsüz ki, onun bu gün start "11-lik"də yer alması ilk gündən yığmanın düşərgəsində əziyyət çəkən futbolçulara qarşı haqsızlıq idi?

- Nəzərə almaq lazımdı ki, Eddi komandamızda fiziki cəhətdən ən güclü futbolçulardan biridi. Fasilədə emosional şəkildə oynaya bilmədiyini dedi və buna görə də əvəzləndi.

- Renat Dadaşovu ikinci hissənin əvvəlində meydana buraxmaq olmazdı? Emin Mahmudovun son 2 oyunda heyətə düşməməsinin səbəbi nədi?

- Verdiyiniz sualı başa düşürəm. Amma hər əvəzetmə ilə bağlı açıqlama verməli olsam... İkinci hissənin əvvəlindəki əvəzetmə planlarımıza daxil deyildi. Mən Emini meydana daxil etmək istəyirdim. Hətta ona hazırlaşmağı demişdim. Amma hücumda kəsərli olduğumuzu görüb düşündüm ki, Təmkinin oyuna qoşulması daha məqsədəuyğundu. Son 30 dəqiqədə Emini Cavidin əvəzinə meydana buraxmaq istəyirdim. Lakin ilk yarıdan sonrakı məcburi əvəzetmə, buna imkan vermədi.

- Bütün seçmə mərhələni bir cümlə ilə necə ifadə edə bilər?

- Cəmi 1 xal yığdığımıza görə xoşbəxt deyiləm. Amma qarşıdakı həftələr ərzində analiz aparmaq üçün kifayət qədər vaxtımız olacaq. İndiki məqamda deyə bilərəm ki, razı qaldığım cəhət gənclərin oynamaq şansı qazanmasıdı. Bəraət qazandırmaq istəmirəm, amma keyfiyyətli komandalara qarşı oynadığımızı da qeyd etmək lazımdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
"Hade"dən etiraf: "Azan səsindən çox duyğulandım"
13:24 04.07.2025
"Hade"dən etiraf: "Azan səsindən çox duyğulandım"
Prokuror İmamoğluna 8 il 9 ay cəza istədi
13:18 04.07.2025
Prokuror İmamoğluna 8 il 9 ay cəza istədi
Sabahın hava proqnozu açıqlanıb
13:13 04.07.2025
Sabahın hava proqnozu açıqlanıb
Əminə Aydın Xırdalanlının anası ilə - FOTOLAR
13:09 04.07.2025
Əminə Aydın Xırdalanlının anası ilə - FOTOLAR
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
13:06 04.07.2025
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
Azərbaycan Prezidenti Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
12:58 04.07.2025
Azərbaycan Prezidenti Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb