Xoşqədəm Hidayətqızı yollardakı tıxacdan gileyləndi - "Buna bir çarə tapılmalıdır" - VİDEO

Xoşqədəm Hidayətqızı yollardakı tıxacdan gileyləndi - "Buna bir çarə tapılmalıdır" - VİDEO
SOSİAL
14:55 03.09.2026
81
Aparıcı Xoşqədəm Hidayətqızı yollarda yaranan tıxaclardan gileylənib.

AZXEBER.COM xəbər verir ki, Xoşqədəm Hidayətqızı yolda bir saat tıxacda qaldığını bildirib və bununla bağlı video yayımlayıb.

Aparıcı qeyd edib ki, dərslər hələ başlamasa da, paytaxt yollarında uzun tıxaclar yaranıb:

"Artıq bir saatdır ki, Koroğlu metrostansiyası istiqamətində Heydər Əliyev prospekti ilə hərəkət edirəm. Yolda uzun tıxac var. Hələ bu dərslər başlamadığı üçün boş dediyimiz yolların halıdır. Dərslər başlayandan sonra yollarda vəziyyət daha acınacaqlı olacaq. Buna bir çarə tapılmalıdır”.

Qeyd edək ki, bu gün aktyor Elcan Rəsulov da yollarda olan tıxaclardan şikayət edib, 10 dəqiqəlik yolu 1 saata getdiyini bildirib.
 
Günel
 

OXŞAR XƏBƏRLƏR