"Xural"ın baş redaktoru Əvəz Zeynallı həbs edildi (YENİLƏNİR)

"Xural"ın baş redaktoru Əvəz Zeynallı həbs edildi (YENİLƏNİR)
Bütün Xəbərlər
19:39 28.10.2011
1366
Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu dəqiqələrdə həbs edilib. Bu barədə “Qafqazinfo”ya açıqlamasında jurnalist Aynurə İmranova bildirib. Onun sözlərinə görə, Əvəz Zeynallı veriliş aparıcısı olduğu “Kanal13” internet televiziyasının efirində qonaq olmalı imiş, lakin baş redaktor redaksiyaya yaxınlaşan zaman iki nəfər naməlum şəxs tərəfindən maşına otuzdurularaq aparılıb. Ona zəng etsələr də telefonu əlindən alınaraq bağlanılıb. Qeyd edək ki, Ə. Zeynallının baş redaktoru olduğu “Xural” qəzeti sentyabrın 20-dən həftəlik nəşrdən gündəliyə keçib. Qəzet yalnız bir ay gündəlik yayımda fəaliyyət göstərə bilib. Oktyabrın 20-də qəzetə qarşı məhkəmə cərimələri əsas gətirilərək “Xural”ın əmlakı müsadirə olunub. Bundan sonra qəzeti nəşriyyatlar çep etməkdən imtina edib. Bundan əvvəl isə “Xural” qəzeti Mətbuat Şurasının qara siyahısına daxil edilib. Bütün bunlara baxmayaraq Ə. Zeynallı “Xural”ı nəşr etdirməkdə iddialı idi. Hətta onun barəsində bir neçə gündür təfərrüatları bəlli olmayan məsələ ilə bağlı cinayət işinin açıldığı da vurğulanırdı. Təxminən yarım saat əvvəl isə baş redaktor iki nəfər tərəfindən naməlum istiqamətdə aparılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında deyib ki, Ə. Zeynallının həbsi ilə bağlı nazirlikdə hər hans bir məlumat yoxdur. “Xural”ın redaktoru Anar Niftəliyev isə bildirib ki, artıq həbslə bağlı nazirliyin 102 xidmətinə və digər qurumlara, qəzet redaksiyalarına da məlumat verilib. *** Əvəz Zeynallının Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparıldığı bildirilir. Hazırda jurnalistlər həmin idarənin binası qarşısına toplaşmağa qərar veriblər. ***
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır